Putin: "Yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstəriləcək"

img

31-07-2021 [14:01]


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər Türkiyədə baş verən meşə yanğınları barədə vəziyyəti müzakirə ediblər: “Telefon danışığı zamanı bu təbii fəlakətlə mübarizədə iki ölkə arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Vladimir Putin yanğınların söndürülməsi üçün Türkiyəyə hərtərəfli yardım göstərməkdə davam edəcəyini bildirib”.

Türkiyə Prezidenti göstərilən dəstəyə görə minnətdarlığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR