“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib

img

30-07-2021 [17:38]


“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

Mia.az xəbər verir ki, “qırmızı-qaralar” Şimali makedoniyalı İsnik Alimi ilə güclənib. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Orta sahə oyunçusunun son klubu İtaliya “Atalanta”sı olub.

2015-2021-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze” (2015-2016), “Forli” (2016-2017), “Viçentsa” (2017-2018), “Rimini” (2018-2019), “İmoleze” (2019-2020), həmçinin Xorvatiya “Şibenik”ində (2020-2021) çıxış edib. O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid” (2011), Xorvatiyanın “Noviqrad” (2012), İtaliyanın “Kyevo” (2014-2015) və “Lumezzane” (2014-2015, icarədə) klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19 (2011-2012), Albaniyanın U-21 (2014-2016) milli komandalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Qəbələ” Alimiyə qədər Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev və Kristof Atanqana-Assimbanı heyətinə qatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR