Lənkəranda yoxa çıxan taksi sürücüsü öldürülübmüş... - FOTO (Xəbər yenilənib)

img

30-07-2021 [19:09]


yulun 27-də Lənkəran rayonunun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran Rayon Prokurorluğundan Mia.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini Elvin Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib evə çatdıqdan sonra aralarında yaranmış mübahisə zamanı bıçaqla İlham Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Elvin Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.

***

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri etiraf edib.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekskumasiya olunaraq aidiyyati üzrə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət ediblər.

****

Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadov itkin düşüb.

Bu barədə onun yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-də idarə etdiyi ağ rəngli “VAZ-2115” markalı, 90-EX-067 dövlət seriya nişanlı avtomobillə evdən gedib və bu günə kimi geri qayıtmayıb.

İ.Cavadovun yaxınları həmin gündən onunla telefon vasitəsilə əlaqə saxlaya bilmirlər. Onlar hadisə ilə bağlı polisə müraciət ediblər/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR