Mikayıl Cabbarov İsraildədir
29-07-2021 [11:24]
Azərbaycanla İsrail arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir İsrailin xarici işlər naziri Yair Lapidlə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında əməkdaşlıq yalnız iqtisadi tərəfdaşlığa deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Ölkəmizdə daim yəhudi icmasına böyük hörmət və müsbət münasibət mövcud olub, icma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan, diplomatik əlaqə yaradan ilk dövlətlərdəndir. Ölkələrimiz arasında qarşılıqlı etimadın formalaşmasında dövlət başçılarının səfər və görüşləri xüsusi əhəmiyyət kəsb edir. İsrail 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonra Azərbaycanı daim dəstəkləyib, Ermənistanın təcavüzü ilə bağlı İsraildə Azərbaycana dəstək xarakterli müxtəlif tədbirlər təşkil edilib, bəyanatlar səsləndirilib.
M.Cabbarov qeyd edib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyətinin aktiv şəkildə davam etdirilməsi üçün rəhbərlik etdiyi qurum müvafiq işlər görür, məlumat və əməkdaşlıq bazasını genişləndirir. O, ötən ay təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verib, İsrail investorlarını iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoymağa dəvət edib.
Azərbaycanlı nazir İsrailin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşü keçirilib. Görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub.
İsrailli nazirlər ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradacağını, kənd təsərrüfatı, İKT, investisiya, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib