Çempionlar Liqası: bu komandalar növbəti mərhələyə yüksəldi

img

27-07-2021 [22:58]


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin 4 cavab oyunu keçirilib.

Mia.az xəbər verir ki, qarşılaşmaların ardından “Legiya” (Polşa), "Malmö" (İsveç), "Dinamo" (Zaqreb, Xorvatiya) və "Ferentsvaroş" (Macarıstan) mərhələ adlayıb.

4 oyunda qapılara 10 qol vurulub. “Flora” (Estoniya), HİK (Helsinki, Finlandiya), "Omoniya" (Kipr) və "Jalgiris" (Litva) Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə davam edəcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20:00. “Flora” (Estoniya) - “Legiya” (Polşa) - 0:1

İlk oyun: 1:2

20:00. HİK (Helsinki, Finlandiya) - "Malmö" (İsveç) - 2:2

İlk oyun: 1:2

20:00. "Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

İlk oyun: 0:2

21:00. "Jalgiris" (Litva) - "Ferentsvaroş" (Macarıstan) - 1:3

İlk oyun: 0:2

Qeyd edək ki, digər cavab oyunları iyulun 28-də olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA