Deputat: "Ordumuzun arsenalında düşmənin istənilən hədəfini məhv edəcək müasir silahlar var"
27-07-2021 [17:37]
"Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ötən 18 il ərzində Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində uğurların əldə edilməsini şərtləndirib. Heç şübhəsiz bu sırada 2010-2020-ci illər ərzində aparılan islahatatlar və atılan addımlar xüsusi olaraq vurğulanmalıdır".
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin artmasına təkan verib: “Təsadüfi deyil ki, ötən müddət, xüsusilə də 2010-2020-ci illər ərzində iqtisadi imkanaların artması sayəsində ordumuz maddi-texniki cəhətdən ən yüksək səviyyədə təmin edilib, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təhciz edilib. Məlum olduğu kimi, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır”.
Deputatın sözlərinə görə, artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də Azərbaycanın ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər: “Onu da deyim ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Belə ki, qısa müddət ərzində ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi”.
O bildirib ki, 2010-2020-ci illər ərzində hərbi hissələrimizdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı: “Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Belə ki, respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Məlum olduğu kimi, İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayandı. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdi. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir”.
V.İskəndərovun sözlərinə görə, ordumuz öz tərəfdaşlarının, o cümlədən də qardaş Türkiyənin silahlı qüvvələri ilə vaxtaşırı hərbi təlimlər keçirir ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının artmasına öz müsbət təsirini göstərir: “Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat ordumuzun təchizatında mühüm rol oynayır”.
Bəhs edilən dövrdə Azərbaycan hərbçilərinin sosial müdafiəsinin gücləndirildiyini, onların mənzil-məişət problemlərinin həll edildiyini də deyən deputat bildirib ki, eyni zamanda hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən quruldu, yeni kazarmalar tikildi, Prezident İlham Əliyev müntəzəm qaydada hərbçilərin vəziyyətini öz şəxsi nəzarətində saxladı: "Eyni zamanda, orduda nizam-intizam daim gücləndirildi, şəxsi heyətin müasir peşəkarlıq standartlarına uyğun hazırlanması prioritet təşkil etdi. Həm bunlar, həm də digər məqamlar isə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən amillərdən idi. Bu amillər sırasında strateji və taktiki planlaçdırmanı da xüsusi olaraq qeyd etməliyik. Çünki bu müharibə zamanı hərbi əməliyyatların strateji və taktiki planlaşdırmasında Azərbaycan dünyaya yeni model təqdim etdi”./Report
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb