Yazıçı Anar: "Ağlamasın, niyə ağlayır? Bütün günahlar özündədir" - "Ona çərim odur ki, öz səhvlərini boynuna alsın"
27-07-2021 [15:26]
Mia.az Kulis.az-a istinadən AYB sədri, Xalq yazıçısı Anarla Əkrəm Əylislinin sonuncu müsahibəsi ilə bağlı söhbəti təqdim edir.
- Anar müəllim, Əkrəm Əylisli sonuncu müsahibəsində belə bir fikir işədib ki, mən Anar və Elçinlə oturub bitmiş münasibətlərimiz, bir daha heç vaxt heç bir yerdə gülə bilməyəcəyimiz günlərə ağlamaq istəyərdim. Münasibətiniz maraqlıdır...
- Ağlamasın, niyə ağlayır? Bütün günahlar özündədir. Özü bizdən uzaqlaşdı. İndi yaxınlaşmaq istəyirsə, buyursun.
- Gəlsə, qəbul edərsiniz?
- Qəbul edərəm, niyə etmirəm? Ancaq bir şərtlə ki, öz səhvlərini boynuna alsın. O, elə bilir, özü haqlıdır, qalan heç kəs haqlı deyil. Amma mənə qarşı da, atama qarşı da, müəyyən dərəcədə Elçinə qarşı da ən ağır sözləri o söyləyib, biz də uyğun cavabı vermişik. İndi nə şəkildəsə peşman olubsa, lap yaxşı, mən peşmançılığı da başa düşə bilərəm, qəbul edə bilərəm, bir şərtlə; deməsin ki, ancaq bu haqlıdır, qalan adamlar haqlı deyil.
- Siz onu yazıçı kimi həmişə təqdir eləmisiniz...
- Yazıçı kimi mən sizə indi bizim münasibətin ən kritik dönəmində belə onu deyə bilərəm ki, vaxtıyla mən onun haqqında rus dilində “Komsomolskaya pravda” qəzetinə yazdığım məqaləni özüm tərcümə edib, bir neçə ay qabaq “Azərbaycan” jurnalında çap eləmişəm. Məqalə başdan-ayağa tərifdən ibarətdir. Bu, mənim ona münasibətim, o da onun mənə münasibəti.
- Deyir, yazmaq istədiyimiz ən yaxşı əsərimizi yaza bilmədik. Arzuladığımız, ümid etdiyimiz səviyyədə böyük yazıçı ola bilmədik.
- İndi o yaza bilməyib, o demək deyil ki, hamı yaza bilməyib? Məsələn, mən hesab edirəm ki, çox yaxşı şeylər yazıram və qalın-qalın kitablarım çıxıb. İndi hərə özündən razıdır. O yaza bilməyib, öz işidir. Niyə onu hamıya aid eləyir? Elçinin də kitabları çıxıb, mənim də kitablarım çıxıb. Axırıncı o ermənipərəst əsəridir, o da yaxşı deyildi. Yaxşı əsər yazar, günahlarını yuyar bu xalq qarşısında, mən də onu alqışlayaram.
- Anar müəllim, yazıçısınız, yazıçılar da aydın məsələdir ki, müxtəlif əhvallarda ola bilirlər. Əkrəm müəllimin dediyi o ağlamaq ehtiyacı heç olubmu sizdə?
- Mən niyə ağlayım ki? Torpaqlarım azad olunub, Şuşam azad olunub... Ağlıma gəlməzdi ki, mən bu yaşımda gedib Şuşanı görəcəm. Getdim, gördüm. Bundan sonra mən niyə ağlamalıyam? Mən ancaq sevinirəm, gülürəm, şənlənirəm, fərəhlənirəm, qürurlanıram.
- Əkrəm müəllimin dediyi o kontekstdir ki, dostluğunuz, münasibətiniz üçün heç kədərlənmisinizmi?
- Kədərlənirəm, niyə kədərlənmirəm? O da mənə yaxın bir insan idi. Yaxşı münasibətlərimiz olub. Hər dostu itirmək asan məsələ deyil. Bir fikrim var, həmişə deyirəm ki, mənim dostlarımın bir hissəsini ölüm aldı, bir hissəsini həyat. Ölümün aldıqlarına mən təəssüflənirəm və həmişə xatırlayıram onları. Yusif Səmədoğludu, Vaqif Səmədoğludu, Emindi, Toğruldu, Araz Dadaşzadədi – bunları həmişə xatırlayıram. Bir hissəsini də həyat aldı. Həyatın aldığı dostlardan biri də Əkrəmdir ki, cürbəcür hisslərə görə - həsədmi deyim, kinmi deyim, nəyə görəsə, başladı bizi yamanlamağa. Yazıçılar Birliyində niyə oturub? Gəl otur də sən də. Yazıçılar arasında hörmətin vardı, səni də seçəydilər, gəlib oturaydın. Özü də nə qədər yalanlar uydurdu. Deyir, onu Yazıçılar İttifaqına mən gətirmişəm. Düzdür, birinci iclasda bu təklifi elədi, mən də hər dəfə bunu yazıram. Amma başqa yazıçılar da, məsələn, İsmayıl Şıxlı da məni təklif elədi. Özü istirahətə gedirdi. Gah deyir, Həsən Həsənov onu ora gətirib, gah deyir, Vaqif Hüseynov... Bu yaşda bu qədər yalan danışmaq olmaz axı. Gözləyirəm ki, allah var və bilir bunların hamısını. Məndə kin yoxdur. Bağışlamaq bacarığım var. İnsanları bağışlaya bilirəm, amma unutmuram.
- Belə başa düşmək olar ki, sizin ondan qəlbiniz qırılmayıb, sadəcə inciksiniz?
- Bəli, incimişəm. Amma dediyim kimi, bağışlamağa da hazıram.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"