"Olimpiakos"un 8 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

img

27-07-2021 [13:55]


Yunanıstan "Olimpiakos"unun 8 futbolçusu "Neftçi"yə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçını buraxacaq.

Bu barədə Pirey təmsilçisinin baş məşqçisi Pedro Martins oyun öncəsi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəsissin sözlərinə görə, Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson Bakıdakı görüşdə iştirak etməyəcək.

Onlardan M. Kamara cəza, digərləri isə zədə səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR