Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadıldı

img

26-07-2021 [12:23]


Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək.

Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR