Xalq artisti Səməd Səmədov dəfn olundu - Oğlu jurnalistləri məzarlığa buraxmadı (VİDEO/FOTOLAR)

img

25-07-2021 [18:44]


Xalq artisti Səməd Səmədov son mənzilə yola salınıb.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, müğənninin nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlğına aparılıb. Onunla vidalaşmağa gələnlər arasında sənət dostları da yer alıblar.

Mərhumun sənət dostu Əli Mirəliyev bildirib ki, Səməd Səmədovla uzun illər dostluq ediblər.

“Səməd çox yaxşı insan idi, gözəl səsi var idi. Özünəməxsus oxumaq üslubu var idi. Biz onu heç vaxt unutmayacayıq”, - deyə, Cavanşir Quliyev Səməd Səmədov haqqında danışarkən deyib.

Mərhum sənətçinin oğlu media nümayəndələrinə çəkiliş etmək üçün imkan verməyib. O, media nümayəndələrinin qəbiristanlığa buraxılmasına icazə verməyib.

Qeyd edək ki, S.Səmədov 74 yaşında ötən gün vəfat edib. O, bir neçə gün əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR