Şabranda "KamAz"la avtobus toqquşub, 5 nəfər xəsarət alıb

img

25-07-2021 [18:19]


Şabran şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

"KamAz" markalı yük avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub.

Hadisə nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda onlara ilkin tibbi yardım göstərilir.

Qeyd edək ki, yaralananlardan biri 1957-ci il təvəllüdlü Şirinbala Əli oğlu İlyasovdur.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR