Tokio-2020: Azərbaycan boksçusu erməniyə rəqib oldu

img

25-07-2021 [09:06]


Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Məlumata görə, 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Rəqibinə 5:0 hasabı ilə qalib gələn Çələbiyev 1/8 finala yüksəlib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci raundda referilərin hamısı, üçüncüdə isə 4-ü Çələbiyevin xeyrinə qərar verib.

Dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR