Badamdarda dağlıq ərazidə güclü yanğın... -  FHN açıqlama yaydı + FOTO

img

25-07-2021 [01:42]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.

***

Son məlumata görə, yanğın artıq söndürülüb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR