20 yaşlı qız bulvarda intihar etdi

img

24-07-2021 [15:58]


Dənizkənarı Milli Parkda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​


Digər xəbərlər
SON XƏBƏRLƏR