Qırğızıstan-Tacikistan sərhədində atışma olub

img

24-07-2021 [12:16]


Qırğız Respublikası ilə Tacikistan sərhədində atışma olub.

Bu barədə Qırğızıstan Sərhəd Qoşunları Xidmətindən “24.kg”yə bildirilib.

Məlumata görə, hadisə Batken rayonunun Qum-Mazar məntəqəsində baş verib. Tacikistan vətəndaşları Qırğız Respublikasından xəbərsiz məntəqənin qumdan təmizlənməsi ilə məşğul olublar. Hadisə yerinə Qırğızıstan tərəfdən sərhədçilər, yerli hakimiyyət orqanlarının nümayəndələri gedib. Qırğız tərəfin Tacikistan vətəndaşlarına işi dayandırmaqla bağlı tələblərinə qarşı tərəf məhəl qoymayıb. Bundan sonra tərəflər arasında əlbəyaxa dava düşüb.

Münaqişəni yatızdırmaq üçün Qırğızıstan sərhədçiləri havaya atəş açıb. Qarşı tərəfin hərbçiləri də cavab atəşi açıblar. Qum-Mazarda tərəflərin rəsmi nümayəndə heyətlərinin görüşü keçirilib. Hazırda vəziyyətin normallaşdığı bildirilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA