AŞPA prezidenti Gürcüstana işgüzar səfər edəcək

img

23-07-2021 [19:52]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rik Daems Gürcüstana işgüzar səfər edəcək.

Məlumata görə, o iyulun 27-28-də Gürcüstanda səfərdə olacaq.

AŞPA Prezidenti Gürcüstan parlamentinin spikeri, Baş nazir, xarici işlər, ədliyyə və daxili işlər nazirləri ilə görüşlər keçirəcək.

O, həmçinin insan haqları və sivil inteqrasiya komitəsinin sədri, Gürcüstanın AŞPA-dakı parlament üzvləri ilə də görüşəcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR