Bu il Ceyhan limanından 150 tanker BTC nefti yola salınıb

img

23-07-2021 [11:24]


Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 109 milyon barel xam neft nəql edib.

Bu həcmdə xam neft 150 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 680 mliyon barelə yaxın xam neft 4 809 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR