Saatlıda 6 kq-a yaxın narkotiklə tutulan 57 yaşlı kişiyə cinayət iş açıldı

img

23-07-2021 [10:29]


Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-"a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, 57 yaşlı Ramiz Nəciyev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 225 qram olan qurudulmuş marixuana, bir ədəd tərəzi və müvafiq sənədləri olmayan ov silahı, eləcə də evin yaşayış olmayan otaqlarının birindən quruması üçün saxlanılan 18 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı R.Nəciyev qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR