Azərbaycanda daha 251 nəfər COVID-19-a yoluxub - Qərargahdan son məlumat paylaşıldı

img

20-07-2021 [20:38]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb: "İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 414 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, bu günə qədər isə ümumilikdə 3 929 320 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA