Gürcüstanda daha bir azərbaycanlı məmur istefa verdi - Səbəb

img

20-07-2021 [18:01]


Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Kvemo-Kartli üzrə azərbaycanlı müşaviri Ayaz Məmmədov vəzifəsindən istefa verib. 

Məlumata görə, A. Məmmədov istefaya bir çox səbəblər olduğunu və ən əsası, hazırkı hakimiyyətin son zamanlar yürütdüyü siyasət və sistemlə fikirlərin uyğunlaşmamasıdır:

"Əziz eloğlular, ziyalılar, qardaş və bacılar!

Nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün öz istəyimlə şəxsi ərizəmin əsasında Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri vəzifəsindən istefa verdim.

Istefamın bir çox səbəbləri var və ən əsası, hazırkı hakimiyyətin son zamanlar yürütdüyü siyasət və sistemlə fikirlərimin uyğunlaşmamasıdır", - deyə Ayaz Məmmədov qeyd edib/GAXA.ge


Digər xəbərlər
SON XƏBƏRLƏR