Ərdoğan "Taliban"la görüş anonsu verdi, qruplaşmaya səsləndi: "Qardaşlarınızın torpaqlarını işğal etməkdən əl çəkin”

img

19-07-2021 [17:07]


“"Taliban"ın Türkiyə ilə bağlı bəzi açıqlamaları var, amma “Türkiyəni istəmirik” deyə bir ifadələri yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan bildirib ki, Türkiyənin Əfqanıstandakı beynəlxalq hava limanı ilə bağlı hansı mövqedə olduğunu “Taliban” yaxşı bilir: "Bu addımları atarkən bizim Türkiyə rəhbərliyi olaraq bəzi planlarımız var və bu planalarımızı da yerinə yetirməkdəyik. “Taliban”la bu istiqamətdə hansı görüş və danışıqlar olacaq".

Ərdoğan daha sonra "Taliban"a çağırış edib:"Əfqanıstan əksəriyyəti müsəlman olan bir ölkədir. “Taliban”ın işğal hərəkətini davam etdirməsi düzgün yanaşma deyil. Türkiyədən “Taliban”a səslənirik: qardaşlarınızın torpaqlarını işğal etməkdən əl çəkin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR