Əfqanıstanda hökumət qüvvələri ilə "Taliban"çılar arasında qızğın döyüşlər gedir

img

19-07-2021 [15:53]


Əfqanıstanın cənubundakı Helmənd əyalətinin Qərmsir qəzası Taliban hərəkatının dəstələrindən azad edilib.

Bu barədə Müdafiə Nazirliyi sözçüsü Fəvad Aman “Twitter” hesabında paylaşım edib.

Əfqanıstan Milli Ordusu tərəfindən keçirilmiş əməliyyat zamanı 20 talibançının öldürüldüyü, onlarla yaralının olduğu, xeyli miqdarda silah və hərbi ləvazimatın ələ keçirildiyi qeyd edilib/Report.

Məlumata görə, hazırda müxtəlif bölgələrdə tərəflər arasında şiddətli döyüşlər gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA