Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq

img

19-07-2021 [09:46]


Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Məlumata görə, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Azərbaycan çempionu üçün 3 mümkün rəqib var. I qrupda qərarlaşan flaqman Pirey təmsilçisini keçsə, növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan), “Legiya” (Polşa) – “Flora” (Estoniya) və “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.

III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

1-ci qrup

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi

“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi

“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi

Səpələnməmişlər

Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

“Legiya” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi

“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) cütünün qalibi

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR