"Ermənistan vəziyyəti gərginləşdirmək və..." - Rəsmi Bakıdan Paşinyanın iddialarına reaksiya
17-07-2021 [18:01]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan Baş nazirinin Aİ Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı sualını cavablandırıb.
Mia.az XİN rəsmisiniə ünvanlanan sualı və ona cavabı təqdim edir:
Sual: Ermənistan Baş naziri N.Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti ilə 17 iyul tarixində keçirdiyi mətbuat brifinqində Azərbaycan əleyhinə ittihamlarla çıxış edib, o cümlədən, guya ki, Azərbaycanın qonşu dövlətlərin ərazisinə iddiasının olması, sərhəd gərginliyini yaratması və delimitasiya prosesinə əngəl törətməsi kimi fikirləri səsləndirib. Bununla bağlı şərhinizi öyrənmək istərdik.
Cavab: Bu, Ermənistan Baş nazirinin növbəti, tamamilə yalan və iftira dolu bəyanatıdır. Xatırladıram ki, bu cəfəng iddiaları 30 ilə yaxın Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirib, ərazilərini hərbi işğal altında saxlayan, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını pozan ölkənin lideri səsləndirir. “Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bu gün də davam etdirən Ermənistan Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. N.Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir.
Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib. Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir.
O ki qaldı Paşinyanın “sərhəd gərginliyi, delimitasiya prosesinə əngəl törətmək” iddialarına bu, Ermənistan Baş nazirinin riyakarlığından başqa bir şey deyildir. Ərazi bütövlüyünü təmin edən Azərbaycan, ərazilərinin işğalı faktorunun aradan qaldırılması ilə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağa, delimitasiya və demarkasiya prosesini başlamağa hazır olduğunu bəyan edib, bu istiqamətdə əməli addımlar atıb. Ermənistan isə bunun qarşılığında vəziyyəti gərginləşdirmək, revanşizm, sülhü şərtləndirmək mövqeyindən çıxış edir. İllərdir ki, sərgilənən bu destruktiv yanaşmanın Ermənistan üçün nə ilə nəticələnəcəyini təxmin etmək isə çətin deyil.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"