"Mütəşəkkil qruplar yaradılıb və..." - QHT sədrindən İctimai şuralarla bağlı həmkarlarına sərt ittiham

img

17-07-2021 [15:10]


"Hakimiyyət ictimai şuralar ərtafındakı süni ajiotajla bağlı nə isə etməlidir. Biabırçılıqdır".

Mia.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Vəkillər Kollegiyasının üzvü Sahib Məmədov deyib.

O bildirib ki, mütəşəkkil qruplar yaradılıb və bütün orqanlara keçirilən seçkilərə müdaxilə edib öz istədikləri şəxsləri seçirlər: "Formal yanaşanda burda ilk baxışdan problem yoxdur. Amma ixtisaslaşmış vətəndaş cəmiyyəti təşkilatları artıq bu proseslərdən çəkilməyə başlayıb. Deyilənlərə görə (məndə təsdiqedici faktlar yoxdur) hətta bu qruplar seçilmək istəyənlərə təmənna əsasında xidmət də təklif edir. Hörmətli cənablar bu ictimai iştirakçılıq deyil artıq. Mütləq proses dayanmalıdır. Seçilənlərin çoxu ictimai iştirakçılığın mahiyyətini bilmir. Bilmirlər ki, onlar töhvə verməli, qərərların qəbulunda iştirak etməli, qanunvericiliyə və hüquqi sənədlərə yazılı rəylər verməli və yarımillik, illik hesabatlar təqdim etməlidirlər. Seçilib bir vəsiqə alıb aradan çıxırlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub