Daha 8 sahibkar cərimələndi - Siyahı

img

16-07-2021 [15:46]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 393 ictimai iaşə obyektində 674 monitorinq keçirib.

AQTA-dan Mia.az-a bildirilib ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov 29C ünvanında yerləşən, fiziki şəxs Axundov Vüqar Qabil oğluna məxsus “Doyum dönər” kafesi;

2. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər pr. 108 ünvanında yerləşən, hüquqi şəxs "Baku Hospitality Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Pidem” restoranı;

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 135 ünvanında yerləşən, fiziki şəxs Şərifli Tehran Rəhman oğluna məxsus restoran;

4. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Bülbül pr. 21 ünvanında yerləşən hüquqi şəxs “Black Star Burger Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Black Star Burger Baku” restoranı;

5. Bakı şəhəri, Yasamal ‎ rayonu, Dadaş Bünyadzadə 9F ünvanında yerləşən, fiziki şəxs İsmayılov Çingiz Alik oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, ‎M.K.Atatürk pr. 31 ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Özsüt Atatürk” restoranı;

7. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusibov 1488 M ünvanında yerləşən, fiziki şəxs Xankişiyev Aslan Elman oğluna məxsus “Qoç Ət” restoranı;

8. Şabran Rayonu, Dəvəçi kəndində yerləşən, fiziki şəxs İsmayılov İlqar Bahadur oğluna məxsus kafe.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR