Almaniyada hərbi fəlakət rejimi elan edilib - İtkin düşən 1300 nəfər axtarılır

img

16-07-2021 [14:53]


Almaniyanın qərbində selə görə hərbi fəlakət rejimi elan edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi iyulun 16-da Berlində keçirdiyi brifinqdə məlumat verib.

Bildirilib ki, müdafiə naziri Anneqret Kramp-Karrenbauer uyğun qərar qəbul edib.

Məlumata görə, bu rejim tətbiq edilən bölgələrə lazım olan yardımla bağlı əmri yerlədəki komandirlər verəcəklər.

Bundesver təbii fəlakətin nəticələrinin aradan qaldırlması üçün bölgəyə 850 hərbçi yollayıb/Report

Qeyd edək ki, Almaniyada sel nəticəsində ölənlərin sayı 100 nəfəri keçib, 1 300 nəfər isə itkin düşmüş sayılır.

Xatırladaq ki, daşqın yalnız Almaniyada deyil, Belçika və Niderlandda da baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq