Rəsmi Bakıdan Almaniya və Beçikaya başsağlığı mesajı: "Daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk"

img

16-07-2021 [13:43]


Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində məlumat paylaşılıb. “Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində baş verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın və Belçikanın yanındayıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA