Çində koronavirus xofu: 3 nəfərə görə 190 min əhali test olunur

img

15-07-2021 [22:12]


Çinin cənub-qərb Yunnan əyalətinin Myanmar sərhədindəki Lunqçuan qəzasında dünən daha üç nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı ilə bağlı lokdaun tətbiq edilib.

 “Xinhua” xəbər verir ki, 190 min əhalisi olan qəzaya giriş və çıxış məhdudlaşdırılıb, əhalinin kütləvi test olunmasına başlanılıb.

Yoluxanların hər üçü xəstəxanaya yerləşdirilib, onlarla təmasda olduqları müəyyənləşdirilən daha 383 nəfər isə karantinə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq