Gürcüstan yenidən sərt rejimə qayıdır: “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır"

img

15-07-2021 [17:59]


“Gürcüstanda yaranmış epidemioloji vəziyyətlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunacağı istisna edilmir”.

Bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.

O, hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib.

Nazir müavini Tamar Qabuniya isə öz növbəsində bildirib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər: “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA