"Ailəmi silahla hədələyirlər, deyirlər ki, bizə 50-70 min verməsəniz..." - Elza Seyidcahandan sensasiyalı açıqlamalar

img

15-07-2021 [17:35]


Əməkdar artist Elza Seyidcahanın ailəsini silahla hədələyirlər.

Müğənni bu haqda "Elgizlə izlə" proqramını deyib. O bildirib ki, anasının sahib olduğu və qızı Gülşənin adına keçirdiyi obyekt üstündə mübahisə düşüb:

"Bu hadisə bizdə 2015-ci ildən baş verib. İstəmədik xoşagəlməz hal yaşansın, məhkəməyə verdik. Anamın tikilisi var idi. Anam əvvəl oranı kafe kimi işlədirdi. Sonra Fərid adlı birinə kirayə verdi. Sonra onun vaxtı bitdi və Azayev Faiq Yusif oğlu adlı dələduza verdik. Hazırda azyaşlı qızlara təcavüz etməklə və 5200 adama dələduzluq etdiyi üçün həbsdə yatır. Onunla birlikdə qardaşı və atası da həbs olunub. Amma bizim işlə bağlı tutulmayıblar.

Anamdan gəlib kirayə adı ilə açarı alıblar. Gedib bütün əşyaları atıb, özlərinin istədiyi kimi düzəldiblər. Həmin vaxt Türkiyədə idim, gəldim ki, çıxın buradan. Mənə dedilər ki, təmir pulunu verin çıxaq. Əvvəl 15-20 min arası tələb edirdilər. Dedim ki, əşyalarımızı atmısız, siz də bizə pul borclusunuz. Sonra təklif etdim ki, məkanı təhvil verin, biz kirayə verib, təmir xərcini qaytaraq. Bizə söyüşlər söyür, silahla təhdid edirdilər. Bir-iki dəfə polis çağırdıq. Həmin şəxslər mətbuata tanınan adamlardır. Məhkəməyə müraciət etdim. Hakim haqlı qərar verdi, dedi məkan tərk edilməlidir. Onlar apellyasiya məhkəməsinə müraciət etdi və biz uduzduq.

İndi anam məkanda oturub, deyir çıxmıram. İstəyirəm həmin yerdə məktəb açım. Tanımadığımız adamlar gəlib 73 yaşlı anamı təhdid edir. Bizi hədələyirlər ki, bizə 50-70 min verməsəz, sizi burada qoymayacağıq. Qarşı tərəf bizdən 204 min təzminat istəyib. Hakim qərarına görə biz onlara 58 min təmir pulu ödəməliyik və sonra onlar məkandan çıxmalıdırlar".

Seyidcahan bildirib ki, məkanı icarəyə verərkən heç bir sənəd imzalanmayıb. Müğənni məsələ ilə bağlı yardım istəyib.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı. //Axşam.az//


Digər xəbərlər
SON XƏBƏRLƏR