"Qarabağ" - "Aşdod" oyunnun biletləri iyulun 16-da satışa çıxarılacaq

img

15-07-2021 [16:06]


"Qarabağ" və İsrailin "Aşdod" klubları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri iyulun 16-da satışa çıxarılacaq.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet ayrılacaq.

Onun sözlərinə görə, biletləri şəhərin 3 nöqtəsindən - mərkəzi arenanın kassalarından, "FAV Azerbaijan"ın ofisindən və klubun "Park Bulvar"dakı fan-şopundan almaq mümkün olacaq.

Biletlərin qiymətləri sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, iyulun 22-də oynanılacaq "Qarabağ" - "Aşdod" qarşılaşması saat 20:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub