Deputat Rəfi Orucov vəzifələrindən və hakim partiyadan istefa verdi

img

15-07-2021 [13:13]


Gürcüstanın Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov vəzifələrini tərk edib.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.

R.Orucov öz arzusu ilə hakim Gürcü Arzusu Partiyasından da istefa verdiyini bildirib: “Bu qərarıma səbəb partiyanın son zamanlar yürütdüyü siyasətin mənim siyasi mövqeyimlə üst-üstə düşməməsidir”.

O vurğulayıb ki, fəaliyyət göstərdiyi 7 il müddətində hər zaman dövlətə və xalqa vicdanla xidmət edib:

“Ümid edirəm ki, etimadınızı doğrultdum”.


Digər xəbərlər
SON XƏBƏRLƏR