Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb

img

15-07-2021 [12:33]


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından bildirib ki, İttifaqın İdarə heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatları Larueatı, Prezident təqaüdçüsü Rafael Əli oğlu Qənbərov Milli Kino Mükafatına (Mükafatı-2000 manat) layiq görülüb.

Mükafat 2 avqust Milli Kino Günündə təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR