Xalq artisti: "Bir qazi, şəhid övladı deyə bilməz ki, Floranı bir məclisimə çağırdım gəlmədi"

img

14-07-2021 [18:08]


Xalq artisti Flora Kərimovanın müğənnilərin ünvanına dediyi "qazi, şəhid ailəsinin toyuna gedib reklam edirlər" ifadəsi qalmaqala səbəb olub.

Sənət adamlarının bir çoxu və sosial şəbəkə istifadəçiləri Kərimovanı bu sözlərinə görə qınayıb.

Müğənni yazılan tənqidlərə cavab verib. O bildirib ki, hər zaman qazi və şəhid ailələrinin dəvətlərini qəbul edib, məclislərinə qatılıb:

"İllər əvvəl 11 min şəhidi, 50 min qazisi, 4 mindən çox itkini olan ölkənin Xalq artisti idim. Bu faciəni indi çoxları unudub. Mənim isə yaddaşım hələ də qan ağlayır.

İndi isə qalib bir dövlətin sənətkarıyam. O yaranı 27 il mən ürəyimdə daşımışam. Etdiyim əməllərimlə bu gün qürrələnməyə sizdən çox haqqım çatır. Həmin illərdə nə qazilər təqdim edilir, nə də şəhidlər belə dəfn edilirdi. Bir qazi, şəhid övladı deyə bilməz ki, Floranı bir məclisimə çağırdım gəlmədi. Təəssüf ki, həmin illər İnstaqram, nə də alternativ vasitələr var idi. 25 il efir qadağası olan biri idim. Məndə əzmkarlıq var idi ki, bu etdiklərimi dilə gətirim, gündəm edim? Çox şükür edirəm ki, yaradan bu xisləti mənə rəva bilmədi.

"Sən niyə o toylara getmirsən" sualını verənlər, məndən nəsə tələb edənlərin ən az mənim yaşımın yarısı qədər yaşı olub, yaşadığımın yüzdə birini yaşamalıdır. Bu torpaq üçün etdiyimin birini edən olmadı. 80 yaşımda hər nəfəs aldığımda nə vaxtsa tapşırılacağım torpağımda yaşadığıma görə hər saniyəmə şükür edirəm. Ən zalımımızın belə qanı qanımdan, canı canımdan olan vətəndaşımızdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR