Topdansatış siqaret biznesi ilə məşğul olan iki fərdi sahibkar maliyyə pozuntusuna yol veriblər
14-07-2021 [17:47]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi üzərində nəzarəti davam etdirir.
Mia.az xidmətə istinadla xəbər verir ki, fərdi sahibkar Aslanov Natiq Gülmirzə oğlunun tütün məmulatlarının topdansatış mərkəzlərindən belə məhsulları əldə edə bilməməsi ilə bağlı müraciəti hərtərəfli və obyektiv araşdırılıb.
Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisi ötən il elektron qaimə-faktura ilə cəmi 22,6 min manat (ƏDV ilə) dəyərində mal alınıb ki, bunun da 10,34 min manatı tütün məmulatları olub.
2021-ci ildə isə onun əldə etdiyi tütün məmulatlarının həcmi kəskin artıb. Belə ki, vergi ödəyicisi elektron qaimə-faktura ilə 206,5 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alıb ki, bunun da 203,14 min manatını tütün məmulatları təşkil edib.
Həmçinin vergi ödəyicisinin oğlu, vergi orqanlarında fərdi sahibkar kimi uçotda olan Aslanov Şahin Natiq oğlu da 2021-ci ildə (may-iyun aylarında) elektron qaimə-faktura ilə 155,4 min manat (ƏDV ilə birlikdə) dəyərində mal alınıb ki, bunun da hamısı tütün məmulatları olub. Tütün məmulatlarının alışının böyük həcmdə olmasına baxmayaraq, həmin dövrdə hər iki vergi ödəyicisinin elektron qaimə-faktura tərtib etmədən mallar təqdim etdiyi müəyyən edilib.
“Aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi Qaydaları” haqqında ölkə prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı tələblər müəyyənləşdirilib. Həmin tələblərin 3.2-ci bəndinə əsasən, markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədilə alınması zamanı malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi vergi orqanlarında uçotda olan şəxslərə mal, iş və xidmətlər təqdim etdikdə elektron qaimə-faktura göndərməlidir.
Araşdırmalar zamanı müəyyən edilib ki, fərdi sahibkar N.Aslanov və oğlu Ş.Aslanov topdansatış mərkəzlərindən əldə etdikləri aksizli malların sonradan nağd qaydada və elektron qaimə-faktura tərtib edilmədən satışını həyata keçirib ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir və fərdi sahibkarın, həmçinin malları satdığı subyektlərin vergidən yayınması üçün şərait yaradır.
Topdansatış mərkəzləri fərdi sahibkarların malları pərakəndə satış qaydasında deyil, topdan nağd qaydada satışına yönəltmələri ilə bağlı əsaslı şübhələr yaranması səbəbindən, həmin şəxslərə tütün məmulatlarının satışını məhdudlaşdırıb və qanunvericiliyin tələblərinin pozulması, haqsız rəqabət mühitinin formalaşdırılması ilə əlaqədar İqtisadiyyat Nazirliyinə müraciət ediblər. Hazırda hər iki fərdi sahibkarın fəaliyyəti, aksizli malların dövriyyəsi və satışı zamanı yol verilmiş hallar araşdırılır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı malların satılması və satış məqsədilə alınması zamanı mövcuq qanunvericiliyin tələblərinə riayət edilməli, topdansatışın həyata keçirilməsi zamanı mallar elektron qaimə-faktura əsasında təqdim edilməli, hesablaşmalar nağdsız qaydada aparılmalıdır. Vergi ödəyiciləri lüzumsuz sanksiyalarla qarşılaşmamaq üçün qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO