"Səbail" daha iki futbolçu ilə anlaşıb

img

14-07-2021 [14:56]


Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" baxışa çağırdığı 2 futbolçu ilə bağlı qərar qəbul edib.

Komandanın baş məşqçisi Aftandil Hacıyevin verdiyi məlumata görə, paytaxt təmsilçisi bir müddətdir sınaqdan keçirdiyi Cavid Tağıyev və Elşən Abdullayevlə razılığa gəlib.

Hər iki oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, yarımmüdafiəçilərin son klubu "Sabah" olub. Tağıyev ötən ilin sentyabrında, Abdullayev isə ötən mövsümün sonunda Masazır klubundan ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR