"Qəbələ" daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb

img

14-07-2021 [13:52]


"Qəbələ" daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Komandanın baş məşqçisi Elmar Baxşıyevin verdiyi məlumata görə, yarımmüdafiəçi Rövlan Muradov və hücumçu Ülvi İsgəndərovla yeni sözləşmə imzalanıb. Hər iki oyunçu 2021/2022 mövsümünün sonunadək əyalət təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, ötən mövsümün sonunda 9 futbolçusu ilə vidalaşan "Qəbələ" daha əvvəl Ehtiram Şahverdiyev və Rüfət Əhmədovla əməkdaşlığın müdətini artırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR