4 telekanal etiraza qalxdı, yayımı dayandırdı - Gürcüstanda

img

14-07-2021 [11:53]


Gürcüstanın 4 televiziya kanalı - "Pirveli", "Mtavari arxi", "Formula" və "Kavkasia" yayımlarını 24 saatlıq dayandırıb.

Məlumata görə, kanallarda qara fonda iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlar zamanı xəsarət almış 53 nəfər jurnalist və operatorun siyahısı yer alıb.

Telekanallar baş nazir İrakli Qaribaşvilinin istefası və zorakılığa yol verənlərin hamısının cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, fiziki təzyiqə məruz qalan operatorlardan biri - “Pirveli” telekanalının əməkdaşı Lekso Laşkarava iyulun 11-də vəfat edib. Media mənsubunun ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR