Əsilzadə kimi doğulan və yoxsulluğu dadan Mirvarid Dilbazinin ömür yolu... - FOTOLAR
13-07-2021 [19:11]
Gözəl, zərif ürəkli ilk qadın Xalq şairimiz MİRVARİD DİLBAZİnin xatirə günüdür.
Bu gün sözləri mirvari dənələri kimi düzülən, ilıq nəfəsi indi də duyulan ürəyəyatımlı şeirləri, hər zaman sevilən poemaları, nəğmələri ilə hələ də "ürəkləri isidən" xanım yazarımız - Mirvarid Dilbazinin dünyasını dəyişdiyi gündən 20 il keçir...
Hörmətlə, məhəbbətlə xatırlayaq.
"Bənövşələr üstə göz yaşları"
- Mirvarid xanım uşaqlığından ona dinclik verməyən xatirələrini, yaşadığı ömür, zaman məkanında görüb-götürdüklərini, öz-özü ilə danışdıqlarını, ürək çırpıntılarını bu adla köçürdüyü kitabında qələmə almışdır.
Ən uzun bənövşə ömrünü də elə MİRVARİD xanım yaşadı - 89 il...
Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi, Mirvarid Ana, Mirvarid ciji...
Onun həyat düsturu təxminən belə oldu: "Əsilzadə kimi doğuldu, yoxsulluğu daddı, ayaq üstündə durmağı bacardı, zərif sevgi yaşadı, ayrılıqlara alışdı..."
Bütün bunların içində bağlandığı və əbədi könül verdiyi söz oldu:
Şeirim qəlbinizə yol tapa bilsə,
Heç vaxt əyə bilməz bir kədər məni...
Həyat yolu:
Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.
XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri — Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır.
Mirvarid Paşa qızı Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax qəzasının Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur.
Qeyd:
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır:
"Əslim – Dilbazilərdən
Mərdlər böyüdən yerdən,
Südüm mələk südüdür,
Sərvətim nəğmələrdən –
Özüm də Dilbaziyəm
Azərbaycan qızıyam!"
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...”
Məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri) haqqında məlumatlar qələmə almışdır ki, oların da nəsil şəcərəsi Dilbozlara gedib çatır.
Mirvarid Dilbazi APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934–1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938–1940) vəzifələrində çalışmışdır.
Yaradıcılığı:
Onun yaradıcılığı mirvari dənələri kimidir – şəffaf, zərif, xoşagələn... Hansısa bir şeirini ürəyinə taxıb günlərlə, illərlə, bir ömür zümzümə edə bilərsən...
Mirvarid Dilbazi həmişə ana Vətəni, ana təbiəti və doğma anasını kövrək hisslərlə tərənnüm etmişdir.
İlıq küləklər əsdi,
Yar gəlməyə tələsdi.
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...
Bənövşə dəstə-dəstə,
Qızılgül yarpaq üstə,
Sular axır ahəstə,
Anam yadıma düşdü...
"Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur.
Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir.
“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar yazmışdı.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir.
M.Dilbazinin 70–80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982–84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.
O, həmçinin, "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir.
"Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
Mirvarid Dilbazi Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın onun sözlərinə bəstələdiyi "Evimizə gəlin gəlir" mahnısı xüsusilə dillər əzbəridir:
Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!
Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Elə sevinc, fərəh gəlir,
Bir işıqlı ürək gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!
İki qonça cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir, hey!
Bu oğlanı şadlandıraq, şadlandıraq!
Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq, adlandıraq.
Son söz yerinə:
Mirvarid Dilbazi bir ömür şeir yazdı, amma heç vaxt torpaqdan qopmadı. Əksinə, torpağa sığındı, insanın torpaqdan yarandığını, torpaqdan cücərdiyini unutmadı. Həyatda da torpaq kimi sadə, torpaq kimi təvəzökar, torpaq kimi mərhəmətli oldu. Hərdən dənizə də oxşadı, coşub-daşdı, qəlbinin dupduru sularından, yosunların arasından ona lazım olan söz mirvarisini tapıb üzə çıxardı, bir ömür sözün pərvanəsi oldu. Od tutub yandığı vaxtlar da oldu, üşüdüyü zamanlar da...
“Qadınların hürriyyəti” adı ilə ədəbiyyata qədəm qoyan Mirvarid Dilbazi özü də hiss etmədən ədəbiyyatımızın ana obrazına çevrildi.
Şeirim qəlbinizə yol tapa bilsə,
Heç vaxt əyə bilməz bir kədər məni, - deyən şairə 40 kitabı ilə oxucunun görüşünə gəldi. Hər dəfə də yeni söz, yeni nəfəs, yeni arzu, yeni diləklə. Uca Yaradanın nəzəri, özünün nəcabəti, səmimiyyəti, həyat tərzi, zəhməti, istedadı, sevgisiylə xalqın istəyini qazandı.
Xalqla arasında olan səmimiyyətə uzun ömründə kölgə düşmədi. Bu, çox az insana nəsib olan xoşbəxtlik idi, Mirvarid Dilbazi bunu bacardı.
... Ən uzun bənövşə ömrünü Mirvarid xanım yaşadı. 89 il...
Heç vaxt başqasına bənzəmədi, heç vaxt başqasına baş əymədi, onsuz da onun obrazında bənövşəyə məxsus bir boynubüküklük vardı, ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələdi.Qarabağ nisgili ilə 2001-ci il iyul ayının 12-də dünyasını dəyişdi..
Ruhunuz şad olsun, Mirvarid xanım!
İgid oğullarımız Qarabağımızı geri qayrardı. Şuşamız çal-çağır meydanlna dönüb. Hər yanda quruculuq-yeni həyat başlayıb.
1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş Mirvarid Paşa qızı Dilbazi 23 fevral 1979-cu ildə "Azərbaycan SSR Xalq şairi" fəxri adına layiq görülmüşdür.
O, iki dəfə "Şərəf Nişanı" ordeni ( 31 yanvar 1939; 9 iyun 1959), 17 avqust 1982-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 23 fevral 1976-cı ildə "Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi" fəxri adı, 18 avqust 1997-ci ildə "Əmək İgidliyinə görə" medalı" və "İstiqlal" ordeni ilə təltif edilmişdir.
P.S. Mirvarid xanım ata-anamın, nəsil-kökümün doğulduğu torpaqdan -Xanlıqlardandır. Fəxr edirəm ki, mən də bu zərif ürəkli şairənin, gözəl Ananın torpağındanam. Əzizlərim o torpaqda uyuyur. Onun gəzdiyi, nəfəs aldığı el-obanı mən də qarış-qarış gəzmişəm. Səyalı xanım (indiki Firudin) bulağının suyundan mən də içmişəm. "Damla"sını dadmışam. Mirvarid xanımın çox sevdiyi boynu bükük bənövşənin, laləlin, nərgizin ətrini, rayihəsini mən də duymuşam, hiss etmişəm. Vəli xan meşəsini, Didəvan gölünün, güllü-çiçəkli yamyaşıl dağlarının gözəlliklərini görüb heyran olmuşam. Dağlarından dərdiyim qucaq-qucaq çiçəyinin-gülünün ətri hələ də burnumdan getməyib... Və onun niyə bu qədər duyğulu, zərif ürəkli xanım şairə olduğunu başa düşmüşəm.
...İllər keçəcək, ədəbiyyatımıza yeni ruhlu, təzə nəfəsli çox cavanlar gələcək. Öz yeni şeirləri, düşüncələrini paylaşacaqlar. Amma Mirvarid Dilbazinin ədəbiyyatımıza bəxş etdiyi bənövşə ətirli, nərgiz rayihəli poeziya nümunələri bütün zamanlarda öz təravətini itirməyəcək və onun əziz xatirəsi daim xalqımızın, bizlərin, yaxınlarının qəlbində yaşayacaqdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"