Əfqanıstanın 13 əyalətində döyüşlər davam edir, 267 silahlı ölüb, 119-u yaralanıb - Hökümətdən "Taliban"a xəbərdarlıq

img

13-07-2021 [12:27]


Əfqanıstanın 13 əyalətində ordu ilə “Taliban” silahlı qruplaşması arasında döyüşlər davam edir.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, iyulun 13-də gecə döyüşləri nəticəsində qruplaşmanın 267 silahlısı öldürülüb, 119-u yaralanıb, 4-ü həbs edilib. Məlumata görə, “Taliban”ın çoxlu sayda silah-sursatı məhv edilib.

Açıqlamada vurğulanıb ki, qruplaşma üzvləri Nanqarhar, Laqman, Qəndahar, Herat, Bəlx, Fəryab, Cauzcan, Hilmənd, Bədəxşan, Kunduz, Tahar, Kapisa və Kabul bölgələrində zərərsizləşdirilib, həbs olunublar.

Əfqanıstan Prezidentinin müşaviri İbrahim Alaközay “Taliban”a müraciət edib: “Əgər siz bu müharibəni 20 il də davam etdirsəniz, ölkəmizə daha bir xarici qüvvə girəcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq