Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının növbəti iclası keçirilib

img

12-07-2021 [15:17]


İyulun 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, iclasın gündəliyi barədə məlumat verən Komissiyanın sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, gündəliyə Təftiş Komissiyasının reqlamentinin təsdiq olunması və komissiyanın iş planı barədə məsələlər daxildir.

Qeyd olunub ki, Təftiş Komissiyasının ilk iclasında reqlamentin hazırlanması barədə qərar qəbul olunmuşdu. Artıq bu sənəd hazırdır. 5 bölmə və 65 maddədən ibarət olan reqlamentdə Təftiş Komissiyasının fəaliyyət prinsipləri, qaydaları və digər məsələlər öz əksini tapır.

YAP Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov sənədin üzərində zəruri işlərin aparıldığını, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənildiyini diqqətə çatdırıb.

Müzakirələr zamanı YAP Təftiş Komissiyasının üzvləri Sadiq Qurbanov, Cavanşir Paşazadə, Musa Musayev, Vüqar İskəndərov, Həsən Həsənov, Aydın Hüseynov, Məlahət İbrahimqızı və Elman Nəsirov çıxış edərək sənədlə bağlı rəy və təkliflərini bildiriblər. Müzakirələrin sonunda YAP Təftiş Komissiyasının reqlamenti qəbul olunub.

İclasda daha sonra YAP Təftiş Komissiyasının iş planı ilə bağlı məsələyə baxılıb və iş planının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında qərar qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR