Gürcüstan parlamentində əlbəyaxa dava düşüb - Kütlə zala girmək istəyir, deputatlar və telekanal təsisçisi qalmaqala qoşulub

img

12-07-2021 [13:20]


Gürcüstan parlamentində gərgin vəziyyət yaranıb.

Mia.az Report-a istinadla xəbər verir ki, mətbuat və vətəndaş cəmiyyətinin nümayəndələri qanunverici orqana daxil olublar.

Polis kütlənin qarşısını almağa müvəffəq olmayıb.

“Pirveli” telekanalının təsisçisi Vato Tsereteli də etirazçılar arasındadır. Müxalifəti təmsil edən deputatlar da kütləyə qoşulub. Hazırda parlamentin iclas zalında fiziki qarşıdurma yaşanır.

Etirazçılar Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edirlər.

Qeyd edək ki, bu gün parlamentin növbədənkənar iclası keçirilməlidir.

Qonşu ölkədə iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə törətdikləri iğtişaşlarda döyülən “Pirveli”nin operatoru Lekso Laşkaravının ötən gün vəfat etməsindən sonra vəziyyət gərginləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq