Filmləri "toxuyan" RASİM OCAQOV... - Psixoloji anların ustası (FOTOLAR)
11-07-2021 [20:32]
Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Rasim Ocaqovun xatirə günüdür.
Hörmətlə xatırlayaq.
Adını kino tarixinə yazan Rasim Ocaqov Azərbaycan kinosuna "Tütək səsi", "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi filmlər bəxş edib. Təsadüfi deyil ki, onu XX əsrin ən böyük rejissoru kimi də dəyərləndirirlər.
"Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini götürsək, canlı varlıq olan kino yarıçılpaq qalar”. - Bu, rusiyalı aktyor Aleksandr Kalyaginin fikridir.
Onun nə qədər haqlı olduğunu bilmək üçün onun çəkdiyi cəmi bir filmə baxmaq yetərlidir.
Tanınmış rejissor, Azərbaycan Respublikasının Xalq artisti Əbdül Mahmudov: "Biz dostları ona Ocaqov deyə müraciət edərdik. Mən onu belə xarakterizə edərdim: "mükəmməl rejissor, işinin peşəkarı, şedevr filmlərin müəllifi". Ocaqovun nəbzi kino ilə döyünürdü. Bu adam anadan kino üçün doğulmuşdu. Ən zəif ssenarini belə Ocaqov mükəmməl film şəklində çəkib təqdim etməyi bacarırdı. Bir insan kimi həddən artıq mədəni, ziyalı bir insan idi. Çox qəliz, qapalı, qaradinməz, mürəkkəb adam idi. Hər adamla asanlıqla kontakta girməyi bacarmırdı, heç özü də bunu istəmirdi. Buna görə də, kənardan onu o qədər də tanımaq olmurdu. Amma tanıdıqca Ocaqova vurulurdun.
İncə yumor hissinə malik idi. Sadə, səmimi və dürüst insan idi. Amma çəkiliş meydançasında çox sərt, amansız, rəhmsiz, hətta mən deyərdim ki, Allahsız bir rejissor idi. Nizam-intizama fikir verən adam idi. Heç vaxt heç kimə güzəştə getməzdi. Bir sözünü iki eləmək mümkün deyildi.
Əvvəl-əvvəl aktyorlar ondan inciyirdilər, amma onu tanıyandan sonra Ocaqovu olduğu kimi qəbul edirdilər. Çünki bilirdilər ki, bütün bu sərtliyin nəticəsi olaraq qarşıda onları uğurlu bir film gözləyir. Bəzən elə rejissorlar olurdu ki, kiminsə tapşırığı, xahişi ilə hansısa aktyoru filmə çəkmək məcburiyyətində qalırdı. Amma R.Ocaqova belə bir xahişlə müraciət etmək mümkünsüz idi. O, aktyorlarını özü seçirdi və seçiminə heç kimin müdaxilə etməsinə imkan verməzdi. O, ssenarini aktyorların üzərində qururdu. Özü də seçiminə əmin idi. R.Ocaqov aktyorlarını incitdiyi qədər də onların qədrini bilirdi. Peşəkarı gözünün üstündə tutmağı bacarırdı"...
Şairə, həkim Leyla Mahmudqızının ürək sözləri ilə sanki onun filmlərinə səyahət etdik: Heç "BAĞLI QAPI ARXASINDA" dayanan insanların iztirabını gördünmü?
Bəlkə "PARK"da gəzmək istəyir?
Bəlkə "AD GÜNÜ"nü qeyd etmək istəyir?
"OTEL OTAĞI"nda doğma el-obasının sədası olan "TÜTƏK SƏSİ"ni dinləmək istəyir?
"TƏHMİNƏ" ilə "HƏM ZİYARƏT, HƏM TİCARƏT" deyib, birlikdə "GƏNCƏBASARLI QULDURU" aramağa gedir? Amma yox, bütün bunlar "QƏTLDƏN 7 GÜN SONRA" həyata keçəcək...
Kinomuzun Rasim Ocaqovu belə andım bu gün..."
Həyatı:
Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
"Bir cənub şəhərində", "Bizim küçə" filmləri onun kamerası ilə çəkilib. "Bir cənub şəhərində" filmini kino aləmində çox vaxt Eldar Quliyevin yox, Rasim Ocaqovun filmi hesab edirlər. O bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edirdilər.
"Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Bir gün Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi kamera ilə kifayətlənmir. Rejissor kimi film çəkmək istəyir. Bu arzu ilə 1977-ci ildə M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirir.
İki il kino çəkmək arzusunu həyata keçirə bilməyib, ona film verməyiblər. Bir gün "Azərbaycanfilm"in rəhbəri onu çağırıb və deyib ki, sənə Moskvanın qəbul etmədiyi bir filmi yenidən işləmək üçün verirəm, bacarsan, rejissor olacaqsan, bacarmasan kino üzünə həsrət qalacaqsan. Beləliklə "Qatır Məmməd" filmi Rasim Ocaqova həvalə olunur. Rejissor artıq hazır bir filmi "söküb" yenidən "toxuyur". Min bir əziyyətlə filmi yenidən ərsəyə gətirir. Moskva baxır və film nümayişə buraxılır.
"ONUN BÖYÜK ÜRƏYİ" filmi Ocaqovun ilk sərbəst işi idi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi.
Orta məktəbdən tapıb bu filmdə RƏNA roluna dəvət etdiyi SVETA CAVADOVAya aşiq olması isə filmlərə ara verməyinə səbəb olur. Orta məktəbi qurtaran ərəfədə kinoya çəkilməsi ilə bu aləmin möcüzəliyinə vurulub ondan ayrılmayacağını zənn edən gənc qız özü də bilmirdi ki, gənc rejissor da ona vurulub və onu bu sahəyə gətirdiyi kimi də ayırmağa çalışacaq.
Bu sevgi onların evliliyi, Svetanın isə kinoya həmişəlik vida etməsi ilə sonuclanır.
Rasim Ocaqov filmlərini çəkməklə məşğul olur və 1990-cı ildən "Ocaq" studiyasını yaradıb öz sevimli işini müstəqil davam etdirməyə başlayır.
"Tütək səsi", "Özgə ömür", "Park" "Təhminə", "Bağlı qapı", "Həm ticarət, həm ziyarət", "Ölsəm, bağışla" filmləri Ocaqovun yaradıcılığının məhsuludur.
Hacı İsmayılov, Fəxrəddin Manafov kimi bir çox sənətkarlar onun aktyor tapıntılarıdır.
Sonuncu filmi "Otel otağı" oldu. Yenə insan mənəviyyatı, insanın iç dünyası filmin əsasını təşkil etdi. Hər filmin bütöv bir fikir, tutarlı söz olması Rasim Ocaqov yaradıcılığının məğzi idi.
Azərbaycanın (1967), Çeçen-İnquş Respublikasının Əməkdar İncəsənət xadimi (1964), Xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) Dövlət mükafatları laureatı Rasim Ocaqov 11 iyul 2006-cı ildə 73 yaşında Bakıda ürək çatışmazlığından dünyasını dəyişmişdir.
2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.
Nurlanə Əliyeva,
Mia.az
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür