Əfqanıstanın Badğıs əyalətində "Taliban" qızğın döyüşlər gedir

img

10-07-2021 [15:09]


Əfqanıstanın Badğıs əyalətinin mərkəzi Qalayi-Nou şəhərində hərbçilərlə “Taliban” dəstələri arasında son 3 gün baş verən toqquşmalar zamanı mülki əhalidən 4 nəfər ölüb, 77 nəfər yaralanıb.

“1TV” xəbər verir ki, bu barədə yerli xəstəxanadan bildiriblər.

Bundan əvvəl hökumət ordusunun adıçəkilən şəhəri “Taliban” qüvvələrindən azad etmək üçün əməliyyata başladığı bildirilmişdi.

Xatırladaq ki, Əfqanıstanda ABŞ və Qərb ölkələrinin hərbi qüvvələri çıxarıldıqdan bu yana gərginlik xeyli artıb, bir sıra bölgələr “Taliban” hərəkatının nəzarəti altına keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq