Ölkə prezidenti ilə xanımını evində güllələyən dəstə üzvlərindən daha iki nəfəri tutulub

img

08-07-2021 [20:55]


Haiti polisi ölkə prezidenti Jovenel Moizi öldürməkdə şübhəli bilinən daha iki nəfəri saxlayıb.

“Haiti-24” xəbər verir ki, həmin şəxslər ölkə başçısını qətlə yetirən dəstənin üzvləridir.

Ötən gün həmin dəstənin dörd üzvünün zərərsizləşdirildiyi, ikisinin isə saxlanıldığı açıqlanmışdı.

Hökumət sui-qəsdçilərdən bəzilərinin hələ də azadlıqda ola biləcəyini istisna etməyib/Report.

Xatırladaq ki, gecə vaxtı hücumla prezident hadisə yerində öldürülüb. xanımı isə ağır yaralı halda xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA