Sabiq prezidentlər beynəlxalq axtarışa verildi - Səbəb

img

08-07-2021 [17:19]


Qırğız Respublikasının sabiq prezidentləri Askar Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl filizi yatağının fəaliyyəti ilə bağlı iş üzrə beynəlxalq axtarışa verilib.

Bu barədə Bişkekdə keçirilən mətbuat konfransı zamanı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyev məlumat verib.

“Kumtor işi ilə əlaqədar olaraq sabiq prezidentlər Akayev və Bakiyev beynəlxalq axtarışa verilib”, - o bildirib.

Onun sözlərinə görə, Kumtorda korrupiya işinin fiqurantları arasında daha bir neçə yüksək vəzifəli məmur da var/Report.

Xatırladaq ki, hər iki sabiq prezident hazırda Rusiyada qeyri-rəsmi mühacir həyatı yaşayırlar.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq