Prezidentin güllələnməsi: ABŞ səfirliyi qəbulu dayandırdı, Baş nazir əhaliyə müraciət etdi - Haitidə nə baş verir?

img

07-07-2021 [18:23]


Haiti prezidenti Jovenel Moizin qətlə yetirilməsindən sonra ABŞ-ın paytaxt Port-o-Prens şəhərindəki səfirliyi müvəqqəti bağlanıb.

Bu barədə TASS səfirliyə istinadla xəbər yayıb.

“Təhlükəsizliklə bağlı hazırkı vəziyyəti nəzərə alaraq ABŞ səfirliyi ABŞ vətəndaşlarının işə qəbulunu məhdudlaşdırır. Konsulluq xidmətlərinin göstərilməsi də daxil olmaqla, bu gün səfirlik işləməyəcək. Xahiş edirik, xüsusi ehtiyac olmadan səfirliyin yerləşdiyi Tabarr rayonuna səfər etməyəsiniz”, - diplomatik missiyanın müraciətində deyilir.

Qeyd edək ki, naməlum şəxslərin iqamətgaha hücumu nəticəsində Haiti prezidenti Jovenel Moiz qətlə yetirilib. Baş nazir vəzifəsini icra edən Klod Jozef təhlükəsizlik baxımından ölkədə vəziyyətin Haiti polisi və silahlı qüvvələrinin nəzarəti altında olduğunu bildirərək əhalini sakit olmağa çağırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA