Haiti prezidenti evində güllənərək qətlə yetirildi, xanımı isə aldığı xəsarətlərlə xəstəxanada öldü (YENİLƏNİB)

img

07-07-2021 [16:50]


Naməlum şəxslərin hücumu nəticəsində qətlə yetirilmiş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Bu barədə “Telesur” telekanalı tvitterdə məlumat yayıb.

“Haiti prezidentinin həyat yoldaşı Martin Moizin də iqamətgaha edilən hücumda aldığı xəsarətlərdən ölüb”, - məlumatda vurğulanıb.

Haiti Prezidenti Jovenel Moiz çərşənbə axşamı gecə saatlarında yaşadığı şəxsi iqamətgahda naməlum şəsxlər tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.

***

Haiti prezidenti Jovenel Moiz evində güllənərək öldürülüb.

“Deutshce Welle” nəşri xəbəer verir ki, bunu ölkənin baş naziri vəzifələrini icra edən Klod Cozef deyib/Report.

Onun sözlərinə görə, prezidentin evi yerli vaxtla gecə saat 01:00-də naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

Hücum zamanı ölkənin birinci xanımı Martine Moiz də yaralanıb. O, hazırda xəstəxanadadır/Report.

xanımı Martin Moiz yaralanıb və xəstəxanaya aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq