ABŞ-da müstəqillik günündə 400-dən artıq silahlı insident baş verib - Azı 150 nəfər öldürülüb

img

06-07-2021 [11:24]


ABŞ-da iyulun 4-də müstəqillik günündə 400-dən artıq silahlı insident baş verib, nəticədə azı 150 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə ABŞ-da zorakılığın müşahidəsini aparan “Gun Violence Archive” qrupu hesabatında bildirib.

Araşdırma qrupu vurğulayıb ki, iyulun 2-4-də Nyu-Yorkda 21 atışma faktı qeydə alınıb. Bu hadisələr zamanı 26 nəfər ölüb.

Məlumata görə, bu il Nyu-Yorkda silahlı insidentlərin sayı ötən ilki ilə müqayisədə 40 faiz artıb. 2020-ci ildə 767 nəfər öldürülüb.

İllinoys ştatının Çikaqo şəhəri Polis İdarəsinn baş komissarı Devid Braun bildirib ki, iyulun 4-ü ilin ən çətin günü yaşanıb: “Silahlı insidentlər nəticəsində 83 nəfər yaralanıb, 14 nəfər ölüb. Ölənlərdən ikisi 5 və 6 yaşlarında qızlardır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA